NILA

İclaslar və Konfraslar

İclaslar və Konfraslar

Şahdağ Dağlıq Kurortunun tam mərkəzində

Dağlar qoynunda yerləşən və təbiətin gözəllikləri ilə əhatə olunmuş bu məkan sizin biznes görüşləriniz və geniş məzmunlu tədbirləriniz üçün bənzərsiz mühit təklif edir.

Otel, kiçik ölçülü tədbirlər və qonaqlıqlar o cümlədən böyük həcmli toplantıların həyata keçirilməsi üçün lazımi konfrans avadanlıqları ilə təchiz olunmuşdur.

Biz böyük səylə sizin tədbirinizin layiqincə həyata keçirilməsinə zəmanət veririk.Tədbirinizin ideal həyata keçməsi, o cümlədən heç bir detalın gözdən qaçmaması və sizi daha böyük hadisələrdən yayındırmamaq məqsədilə sizin üçün xüsusi ayrılmış konfrans kordinatorumuz kreativ ideyalarla tədbirinizin unudulmaz və yadda qalan olması üçün daim xidmətinizdə olacaqdır.

 Bizim çoxfunksiyalı və banket üslubunda 130 nəfərədək qonağı qəbul etmək iqtidarında olan Samur Konfrans Zalımız gün işığı ilə işıqlanır və möhtəşəm dağ mənzərəsi ilə əhatə olunmuşdur.

Samur Konfrans Zalı həmçinin 3 ayrı hissələrə bölünə bilir və bu da müxtəlif məzmunlu və həcmli tədbirlərin həyata keçirilməsi üçün əlverişlidir.

Açıq terras və funksional ərazi ilə Samur Konfrans Zalı qəhvə fasilələri və kokteyl qəbulları üçün unikal  imkan yaradır.

Əlavə olaraq, “Park Chalet Shahdag Hotel” daha fərdi və xüsusi tədbirləriniz üçün də hazırlanmış yerlər təklif edir.

Bununla yanaşı, daim ünsiyyətdə olmaq istəyənlər üçün Otelin Biznes Mərkəzi 7 gün səhərdən axşamadək fəaliyyətdədir.