NILA

Turistik istiqamətlər

Turistik istiqamətlər

Qusar ailəvi istirahət və gözəl təbiəti kəşf etmək üçün mükəmməl yerdir. Ölkənin doqquz iqlim qurşağına malik olan Qusar ətraf dağların möhtəşəm mənzərəsi ilə əhatə olunub. Özünün əl dəyilməyən təbiəti ilə Qusar ekoturizm üçün əlverişli şərait yaradır.

EKOTURIZM İSTİQAMƏTLƏRİ

Ekoturizm marşrutlarını üç istiqamətə bölmək olar. Qusar-Qazanbulaq, Qusar-Sudur və Qusar-Ləzə-Suvar marşrutları.

QUSAR-QAZANBULAQ

Bu istiqamətin əsas görməli yerlərindən biri, yeddi kvadrat kilometr sahəyə malik Əlistan Baba meşəsidir. Qazanbulaq yolu boyunca yerləşən kəndlərdə müxtəlif tikməli geyimlər, ağac oymalar və məşhur Sumax xalçalarını əldə edə bilərsiniz.

QUSAR-SUDUR

Bu istiqamət boyu uzanan Samur çayı Dağıstan ilə Qusar arasındakı sərhəddi müəyyən edir. Bu marşrutun əsas görməli obyektləri əl işləri, milli geyimlər və güləşçilərin çıxışlarıdır. Bu ərazidə ən çox görməli kəndlər sırasına:

Sudur – dəniz səviyyəsindən 1800 metr hündürlükdə və Şahdağ Dağlarının ətəklərində yerləşən bu kənd yaxınlıqdakı dərələrə və dağlara möhtəşəm mənzərəsi ilə seçilir.

Hil kəndi – ərazi milli əhəmiyyətli tarixi abidə sayılan 19-cu əsr məscidi ilə məşhurdur. Kəndin adı “gil” sözündən alınmışdır.

Həzrə kəndi – qədim kənd Qusarın ən əhəmiyyətli tarixi abidələrindən biri olan Şeyx Cüneyd Məqbərəsi ilə məşhurdur. Məqbərə Şah İsmayılın babası Ərdəbilli Şeyx Cüneydin (Səfəvilər sülaləsinin banisi) adına təsis olunmuşdur. O, 1456-cı ildə Şirvanşahlar ordusu ilə müharibə zamanı həlak olmuşdur. Abidənin üzərindəki yazıya əsasən, məqbərə 1544-cü ildə inşa edilmişdir.

Həzrə kəndi də pəhləvanları ilə də tanınır. Yerli güləş tamaşaları Azərbaycan folklorunun ən məşhur nümunələrindən biridir. Bəzən pəhləvanların məşqini izləmək üçün turistlər buraya səfər edir.

 

Yuxarı Tahırcal - gözəl mənzərəsi və çətin yolları olan dağ kəndidir. Yerli əhali daha çox arıçılıqla məşğul olur. Kəndi əhatə edən meşələr meyvə ağacları, xüsusilə də yabanı alma ağacları ilə məşhurdur.

QUSAR-LƏZƏ-SUVAR

Bu marşrut boyu yollar daşlı və çınqıllıdır. Səyahət boyu siz bir çox maraqlı yerlərlə rastlaşa bilərsiniz:

Əniq – kəndindəki Əniq Qala divarları 19-cu əsrə aiddir və orta əsrlərdə ərəb qoşunlarından müdafiə üçün strateji əhəmiyyət daşımışdır. Bu günümüzə kimi müdafiə olunmuş bu qala 9.3 metr hündürlükdə və 2 metr enindədir.

Mahalın Tacı (və ya Tac Mahal Qusar) – Əniq kəndi özünün ənənəvi və tarixi tikililəri ilə məşhurdur və bu məscid də bu siyahıya daxildir. Rəvayətə görə çiy kərpicdən tikilmiş bu abidənin 300 ildən çox yaşı var. Məscidin divarlarına həkk olunmuş rəsmlərin bitki koklərindən hazırlanmış təbii boyalarla çəkilməsinə baxmayaraq onlar öz rənglərini günümüzə qədər saxlamışdır.

Ləzə - bu kənd dağlar arasındakı böyük dərə ərazisini əhatə etməklə Qusar və Qəbələ regionlarında yerləşir. Ləzə kəndi Böyük Qafqaz sıra dağlarının ətəklərində (4.242 metr), Şah Yaylağı zirvəsində yerləşir və Böyük Qafqazdan keçən karvan yolunun üzərindədir. Ərazinin əsas görməli yerləri 300 illik məscid, Hacı Seyid Baba ziyarətgahı, Tsar mağarası və Qusarçayın üzərində yerləşən qədimi daş körpüsüdür.

Suvar – Ləzədən iki kilometr məsafədə dağlıq ərazidə yerləşən Suvar kəndi Azərbaycanın ən yüksək nöqtəsində yerləşən turistik istirahət zonasıdır. Düşərgə qurmaq, piknik və kempinq üçün mükəmməl olan Suvar kəndi il boyu turistlərə açıqdır. Turistlər 3000 metr yüksəklikdə yerləşən Şah və Şahnabat yaylaqlarında dincələ və Qızılqaya bölgəsində yerləşən 3751 metr olan Heydər Əliyev zirvəsini fəth edə bilərlər.

DAĞ ŞƏLALƏLƏRI

Şahdağın digər gözəl məkanlardan biri də 2000 metr yüksəklikdə yerləşən Qoşa şəlalələridir.Dağ şəlalələrin qışda donması peşəkar alpinistlərə şəlalələrə qalxma və yarışlar keçirmə imkanı yaradır. Burda yerləşən Şahnabat, Ləzə və Afurca Qusarın digər gözəl şəlalələridirlər.

QUSAR VƏ QUBADA ETNOQRAFİK TURİZM

Qusarın özünə məxsus incəsənət, misgərlik, naxış sənəti və əl işləri bu regionun xüsusi rəmzidir.

XALÇAÇILIQ

Xalça toxuculuğu ən qədim və zəngin sənət növlərindən biri hesab edilir. Azərbaycanda xalçaçılığın bir neçə növü mövcuddur. Azərbaycanın ən məşhur xalçalarından hesab edilən Çiçi, Ağgül və Pirabadil Qusarda toxunulub. Nyu Yorkda Metropolitan İncəsənət Muzeyində sərgilənən Qollu Çiçi xalçası onlardan biridir. Qusarda yerləşən xalça mərkəzlərində xalça toxuma prosesini izləmək və xalça əldə etmək mümkündür.

MİS ƏL İŞLƏRİ

Azərbaycanın ən qədim adətlərindən biri olan misgərlik sənəti bu gündə Qusar regionunda yaşayır. Yan-yana yerləşən mis emalatxanalarından yerli ustaların əl işlərini əldə edə bilərsiniz.

 ETNİK MƏSKUNLAŞMA

Turistlərin mütləq görməli yerlərindən biri olan Xınalıq Kəndini açıq havada muzey adlandırmaq olar. Xınalıq UNESCO dünya tarixi abidələri siyahısına daxil edilmişdir.İllərlə müasir sivilizasiyadan təcrid olunmuş təxminən 1000 nəfər sakini olan Xınalıq kəndi nadir dil və mədəniyyətini bu günə qədər qoruyub saxlamışdır. Kəndin əhalisi heç bir dil qrupuna aid olmayan və yalnız yerlilərin anladığı nadir dildə danışır.

KRASNAYA SLOBODA

13 sinaqoqun yerləşdiyi Krasnaya Sloboda bölgədə yerləşən ən qədim qəsəbələrdəndir. Yerli olan Çuqurs əhalisi qonaqpərvərdir və turistlərə maraqlı adət ənənələri və tarixləri haqda məlumat verməyə hazırdırlar. Yəhudi sakinlər öz irslərini qoruyub saxlamış və turistləri bu ərazidə qorunub saxlanan 13 sinaqoqu görməyə dəvət edirlər.