NILA

Viza

Viza

Əcnəbi vətəndaşlar xüsusi ayrılmış sərhəd nəzarət məntəqələrində şəxsi pasportları və viza əsasında Azərbaycan Respublikasına gələ bilərlər.

Beynəlxalq müqavilələrə əsasən bir sıra ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola bilər.

 Azərbaycan turist vizasına müraciət etmək üçün aşağıda qeyd edilmiş sənədlər gərəklidir:

  • 1 ədəd anket
  • 2 ədəd rəngli şəkil (3×4 sm, ağ fonda)
  • Xarici pasport və ya vətəndaşlığı olmayan şəxslər üçün müvafiq şəxsiyyət vəsiqəsi
  • Dəvətnamə və ya turizm məqsədi ilə müraciət etdikdə, səyahətin turistik olduğunu göstərən arayış
  • Dövlət rüsumunun ödəndiyini göstərən qəbz

Xarici pasportunun etibarlılıq müddəti 3 aydan az olan şəxslərə viza verilmir.

Aşağıdakı internet sayt vasitəsi ilə elektron vizaya müraciət edə bilərlərsiniz:http://evisa.mfa.gov.az/.

Viza haqqında daha ətraflı məlumat almaq üçün aşağıdakı internet ünvanına daxil ola bilərsiniz: Visa Regulation Info.